
Bakı. Trend:
Sürücülər piyada keçidi üzrə və ya piyadaların hərəkətinə icazə
verilən yerlərdə onların hərəkət sürətini, trayektoriyasını, eləcə
də yol və hava şəraitini nəzərə almalı, nəqliyyat vasitəsinin
sürətini vaxtında azaltmalı və piyadaların təhlükəsiz keçidinə mane
olmamalıdırlar.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə
müraciətində qeyd olunub.
Xatırladılıb ki, piyadanın yolu təhlükəsiz şəkildə keçməsi üçün
ona şəraitin yaradılması sürücünün diqqətindən, məsuliyyətindən və
düzgün davranışından asılıdır:
“Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri piyada
keçidlərinə yaxınlaşarkən daha diqqətli olmağa, piyadaların
təhlükəsiz həyat hərəkətini üstün tutmağa və yol hərəkəti
qaydalarına ciddi riayət etməyə çağırır”.


