Şirvanda baş vermiş qəza 4 nəfər ağır yaralanıb

Baş səhifə

Şirvanda baş vermiş qəza 4 nəfərin ağır yaralanması ilə nəticələnib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 2005-ci il təvəllüdlü Xankişiyev Vüsal Taleh oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil “VAZ 21015” markalı avtomobillə toqquşub.

Nəticədə Avtomobillərdə olan Salyan rayonunun Qarabağlı kənd sakinləri, 2000-ci il təvəllüdlü Həsənov İsmayıl Səmədağa oğlu, 2010-cu il təvəllüdlü Qurbanov Cəfərağa Coşqun oğlu, 2005-ci il təvəllüdlü Qurbanov Xəyyam Mansur oğlu və 2004-cü il təvəllüdlü Qurbanov Xəyal Mansur oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı elektrik və internet dirəyi aşıb, internet xətti qırılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.