
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda mümkün nüvə sazişini müzakirə etmək üçün bir araya gələ bilər.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Görüşün detalları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, İran prezidenti Məsud Pazeşkian ABŞ ilə nüvə məsələsi ilə bağlı danışıqlara başlamaq üçün təlimat vermişdi. Bildirilir ki, Donald Tramp administrasiyası danışıqlara açıq olduğunu ifadə edib. Bu, İsrailin ötən il İranın nüvə obyektlərinə hücumlarından bəri diplomatik təmas üçün ilk cəhd hesab edilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


