Ukrayna enerji avadanlığı almaq üçün Dünya Bankından 40 milyon dollar alacaq

Baş səhifə

Ukrayna enerji sistemi üçün avadanlıq almaq məqsədilə Dünya Bankından 40 milyon dollar alacaq.

APA xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıxal məlumat verib.

Onun sözlərinə görə, vəsait “Ukrenerqo”ya ayrılacaq.

“Biz əlavə yardım barədə razılığa gəldik. Dünya Bankı enerji sisteminin bərpası üçün lazım olan avadanlığın alınması məqsədilə “Ukrenerqo”ya 40 milyon dollar ayırmağı planlaşdırır”, – o bildirib.