Bakı. Trend:
İtaliya A Seriyasında növbət baş məşqçi istefası
gerçəkləşib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, “Verona” Paolo Zanetti ilə yollarını
ayırıb.
43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında
xitaam verilib.
Qeyd edək ki, Paolo Zanetti 2024-cü ilin yayında “Verona”nın baş
məşqçisi vəzifəsinə təyin olunmuşdu.

