
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff sabah İsrailə səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, o, ölkənin Baş naziri Benyamin Netanyahu və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirəcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


