Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların tarixi dəyişib

Baş səhifə

Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsi 4-5 fevral tarixlərində keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O qeyd edib ki, görüş 1 fevrala planlaşdırılsa da, Rusiya, ABŞ və Ukraynanın “əlavə qrafik müəyyən etməsi” tələb olunub.