Milli Məclisin yaz sessiyası 16 məsələnin müzakirəsi ilə başladı

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin 2026-cı il yaz sessiyası çərçivəsində ilk plenar
iclası keçirilir.

Trend xəbər verir ki, iclada
aşağıdakı 16 məsələ müzakirə ediləcək:

1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında
dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (II
səsvermə
).

2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (II
səsvermə
).

3. Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il yaz
sessiyasının qanunvericilik işləri planı.

4. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı
komissiyasının yaradılması haqqında.

5. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının
yaradılması haqqında.

6. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının
üzvlərinin seçilməsi haqqında.

7. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər
Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.




8. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və
Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli
Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi.

9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar
haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

12. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji
yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).

13. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar
və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

14. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

15. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

16. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).