Ronaldo “Əl-Nəsr”in növbəti oyununu boykot etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Beşqat “Qızıl top” mükafatının sahibi Kriştiano Ronaldo klub
rəhbərliyinin fəaliyyətindən narazı olduğu üçün Səudiyyə Ərəbistanı
futbol çempionatında “Əl-Nəsr”in növbəti oyununu boykot etməyi
planlaşdırır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbərə verir.




Məlumata görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət
İnvestisiya Fondunun klubu digər komandalarla müqayisədə necə idarə
etməsindən narazıdır. Ronaldo hesab edir ki, komanda transfer
pəncərəsi dövründə lazımi səviyyədə gücləndirilməyib.

Qeyd edək ki, “Əl-Nəsr” fevralın 2-də Səudiyyə Ərəbistanı
çempionatının 19-cu turu çərçivəsində “Əl-Riyad”la qarşılaşacaq.
Komanda 43 xal toplayaraq turnir cədvəlində 2-ci yerdə qərarlaşıb
və lider “Əl-Hilal”dan üç xal geri qalır.