Filippində qəza nəticəsində ölənlərin sayı 43-ə çatıb

Baş səhifə
Filippində qəza nəticəsində ölənlərin sayı 43-ə çatıb

Filippində “Trisha Kerstin 3” adlı “Ro-Ro” tipli bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 43-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli “GMA News” telekanalı sahil mühafizə xidmətinə istinadən məlumat yayıb.

Bazar ertəsi Basilan əyalətində Baluk adası yaxınlığındakı sularda daha üç nəfərin meyiti aşkarlanıb.