Bakı.Trend:
Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
Trend-in
məlumatına görə, hadisə ötən gün saat 21 radələrində qeydə
alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Mənsumov Elmar Hüseyin oğlu “Mersedes Benz” markalı, avtomobillə Qax rayonu, Güllük kəndi
ərazisində piyada 1948-ci il təvəllüdlü Əliyev Abdurahman Hacımurad
oğlunu ehtiyatsızlıqdan vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində
ölüb.
Faktla bağlı Qax RPŞ-nin İQ-da CM-nin 263.2-ci maddəsi ilə
cinayət işi başlanaraq ibtidai istintaq davam etdirilir.

