Bakı-Quba yolunda FACİƏ: Bacı-qardaş həlak oldular

Baş səhifə

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən – Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində faciə yaşanıb.

Qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. (Mənbə: report)