Sabirabadda 27 yaşlı qadın dəm qazından boğularaq ölüb

Baş səhifə

Sabirabadda 27 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə fərdi yaşayış evində qeydə alınıb. Şəhər sakini, 1999-cu il təvəllüdlü Əskərova Seydanə Mirələkbər qızı hamam otağında olarkən dəm qazından boğulub.

Qadını hamamda huşsuz vəziyyətdə tapan yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.