Danimarka həndbol üzrə Avropa çempionu oldu

Baş səhifə

Bakı. Trend:

Danimarkanın kişilərdən ibarət həndbol seçməsi Avropa
çempionatının qalibi olub.

Trend xəbər verir
ki, danimarkalılar final görüşündə Almaniya yığmasını 34:27 hesabı
ilə məğlub ediblər.

Bununla da Danimarka komandası üçüncü dəfə Avropa çempionu adına
sahib çıxıb.

Final qarşılaşmasını Almaniyanın kansleri Fridrix Merts və
Danimarkanın Baş naziri Mette Frederiksen birgə izləyiblər.




Üçüncü yer uğrunda oyunda isə Xorvatiya seçməsi İslandiyanı
34:33 hesabı ilə məğlub edib.

Danimarka, Norveç və İsveçin birgə ev sahibliyi etdiyi
çempionatda 24 komanda altı qrupda mübarizə aparıb.

Qeyd edək ki, həndbol üzrə Avropa çempionatı iki ildən bir
keçirilir. Növbəti çempionat 2028-ci ildə Portuqaliya, İspaniya və
İsveçrədə təşkil olunacaq.