
Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini – 1947-ci il təvəllüdlü Abdurrəhman Hacımurad oğlu Əliyevi vurub.
79 yaşlı A. Əliyev hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


