Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib

Baş səhifə
Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

“Report” xəbər verir ki, bu barədə XİN-in “FAcebook” hesabında paylaşım edilib.

“Biz Pakistanın Bəlucistan əyalətində baş vermiş mənfur terror hücumlarını qətiyyətlə pisləyirik.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqına və hökumətinə səmimi həmrəylik hissimizi bildiririk. Yaralananlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”, – paylaşımda bildirilib.

“Bu çətin zamanda Pakistanla həmrəylik nümayiş etdirir və terrorizmin bütün formaları və təzahürlərinə qarşı beynəlxalq səylərə möhkəm dəstəyimizi bir daha təsdiqləyirik”, – XİN vurğulayıb.