Malayziya 130 milyon dollar dəyərində xam neft müsadirə etdi

Baş səhifə

Bakı. Trend:

Ötən həftə Malayziya hökuməti gəmidən gəmiyə qeyri-qanuni neft
ötürməkdə şübhəli bilinən iki tankeri saxlayıb və təxminən 130
milyon dollar dəyərində xam nefti müsadirə edib.

Trend xəbər verir
ki, məlumat “Reuters” agentliyinə istinadən verilib.




Gəmilər Penanq ştatındakı Muka-Hed burnundan 24 dəniz mili
qərbdə saxlanılıb. Tankerlərdə Çin, Myanma, İran, Pakistan və
Hindistan vətəndaşları olmaqla cəmi 53 ekipaj üzvü olub.
Tankerlərin kapitanları həbs edilib.

Qeyd olunur ki, Malayziya suları dənizdə tankerlər arasında
neftin qanunsuz şəkildə yerdəyişməsi əməliyyatlarının mütəmadi
həyata keçirildiyi ərazi kimi tanınır.