Azərbaycan şahmatçısı Niderlanddakı turnirdə üçüncü yeri tutub

Baş səhifə
Azərbaycan şahmatçısı Niderlanddakı turnirdə üçüncü yeri tutub

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Niderlandda keçirilən “Tata Steel Challengers” beynəlxalq şahmat turnirində uğurlu çıxış edib.

“Report”un məlumatına görə, o, 13 turda 9 xal toplaya bilib.

Şahmatçı yekunda yarışı üçüncü pillədə başa vurub.