
Bakı. Trend:
İspaniya La Liqasının 22-ci həftəsində “Real Madrid” evdə “Rayo
Valyekano”nu 2:1 hesabı ilə yenib.
Trend xəbər verir
ki, Santyaqo Bernabeu stadionunda keçirilən matçda “ağ-bənövşəyi”lilərə qələbəni gətirən qolları 15-ci dəqiqədə
Vinisius Junior və 90+10-cu dəqiqədə penaltidən Kilian Mbappe
vurub.
Qonaq komandanın yeganə qolunu 49-cu dəqiqədə Xorxe De Frutos
qeydə alıb.
“Real Madrid”də Türkiyə millisinin futbolçusu Arda Güler matça
start heyətində başlayıb və 77 dəqiqə meydanda olub.
Bu nəticədən sonra “Real Madrid” xallarını 54-ə çatdırıb və liqa
lideri “Barselona”dan bir xal az olmaqla, ikinci pillədə
qərarlaşıb. “Rayo Valyekano” isə 22 xalla 16-cı yerdədir.


