İranda etirazlarda ölənlərdən 131 nəfərin kimliyi müəyyən edilməyib – Prezident Aparatı

Baş səhifə

Bakı. Trend:

İranda son etiraz aksiyalarında ölənlərdən 131 nəfərin kimliyi
hələlik müəyyən edilməyib.

Trend-in
məlumatına görə, bununla əlaqədar İran Prezident Aparatı məlumat
yayıb.




Məlumatda bildirilir ki, İranda baş verən son hadisələrdə
ölənlərin sayı əvvəldə elan olunduğu kimi 3 117 nəfərdir. Onlardan
2 896 nəfərin siyahısı bəllidir və siyahı yayımlanıb.
“Vətəndaşlar, hökumət və hakimiyyətin etik və humanist vəzifəsi
budur ki, həlak olanların hamısının yaxınlarının dərdinə şərik
çıxsın. Bu hadisələrdə həlak olanların hamısı bu ölkənin
vətəndaşlarıdır və heç bir zərərçəkən pənahsız olmamalıdır”, -deyə
məlumatda bildirilir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb.