İndoneziyada baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70-ə çatıb

Baş səhifə

Bakı. Trend:

İndoneziyanın Qərbi Yava əyalətindəki Çisarua rayonunun
Pasirlanqu kəndində yanvarın 24-də baş verən torpaq sürüşməsi
nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Trend-in
məlumatına görə, Qərbi Yava əyalətində baş verən sürüşmədən sonra
axtarış əməliyyatları davam etdirilir. İtkin düşənlərin
axtarışlarına ağır texnika, təxminən 800 xilasedici, habelə xüsusi
təlim keçmiş itlər cəlb olunub.




Bandunq Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Ade Dian Permana
bildirib ki, fəlakətdən ümumilikdə 158 nəfər zərər çəkib, 78 nəfər
xilas edilib və ölənlərin sayı 70-ə çatıb.

Permana itkin düşmüş 10 nəfərin hələ də dağıntılar altında
qaldığına inanıldığını bildirib və əlavə edib ki, gələcək sürüşmə
riskinə qarşı tədbirlər görülüb.