Bakı. Trend:
ABŞ-da əlverişsiz hava şəraiti davam edir, ölkənin şərq
sahillərində daşqın təhlükəsi yaranıb.
Trend-in məlumatına görə, bu barədə “CBS News” televiziya kanalı
xəbər verib.
“Güclü sahil fırtınası ətraf ərazilərdə sahil daşqınları və çox
güclü küləklər riskini yaradır”, – deyə bildirilib.
“The South Florida Reporter” qəzeti isə qeyd edib ki, ABŞ “indi
Şərq sahillərində güclü bir siklona çevrilən nəhəng fırtına sistemi
ilə tarixən sərt və amansız qış hava şəraitinin hökm sürür”.
Bildirilib ki, “təhlükəli soyuqlar cənuba doğru yayılır.”

