Bakı. Trend:
Bakı şəhərinin Nərimanov rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi
130 m² olan ikimərtəbəli restoranın mətbəxində 1 ədəd fri aparatı
və havalandırma qurğusu yanıb. Mətbəxin qalan hissəsi və restoran
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

