Tramp Qrenlandiya ilə bağlı danışıqların başladığını açıqladı

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı danışıqların
başladığını və həm Vaşinqton, həm də Avropa üçün “yaxşı bir
razılaşma” əldə olunacağına ümid etdiyini bildirib.

Trend-in
məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə deyib.




“Biz danışıqlara başladıq”, – o, jurnalistlərin Qrenlandiya
məsələsi ilə bağlı Avropa liderləri ilə əlaqə saxlması ilə bağlı
suallarına cavab olaraq bildirib.

“Ümid edirəm ki, bu, hər kəs üçün yaxşı bir razılaşma olacaq.
Milli təhlükəsizlik baxımından bu, çox vacib bir razılaşmadır.
Düşünürəm ki, razılaşma əldə edəcəyik”, – deyə o əlavə edib.