
Bakı. Trend:
Şəkidə yanğın olub.
Trend Fövqəladə
Hallar Nazirliyi Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə
istinadən bildirir ki, hadisə Səhiyyə Nazirliyinin balansında olan
və hazırda fəaliyyət göstərməyən Ruhi Əsəb Xəstəlikləri
Dispanserinin ərazisində baş verib. Dispanserin yardımçı
tikilisində baş verən yanğın zamanı daxildə olan məişət
tullantıları yanıb. Yanğınsındürənlərin səyi nəticəsində alovun
genişlənərək yaxınlıqdakı tikililərə keçəməsinin qarşısı alınıb.
Xəsarət alan olmayıb.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı müvafiq orqan
tərəfindən araşdırma başlanılıb.


