Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlanıb

Baş səhifə

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə 32 yaşlı şəxs kafedə bıçaqlanıb.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır