Fransada 2025-ci ilin son rübündə işsizlik artdı

Baş səhifə

Bakı. Trend:

Fransanın Əmək Nazirliyi 2025-ci ilin dördüncü rübünə dair
açıqladığı məlumatda, heç bir fəaliyyəti olmayan işaxtaranların (A
kateqoriyası) sayının əvvəlki rüblə müqayisədə 2,6 faiz artdığını
bildirib. Bu artım illik müqayisədə 6,8 faizə çatır.




Trend xəbər verir ki,
Statistika və Araşdırmalar Departamentinin (DARES) düzəliş edilmiş
məlumatlarına əsasən, minimum sosial müavinət alanlar və
inteqrasiya prosesində olan gənclər nəzərə alınmadıqda, işsizlərin
sayı dördüncü rübdə 2 faiz, 2025-ci il üzrə isə 1,7 faiz artıb.