Dünyanın ən soyuq bölgəsi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Krasnoyarsk vilayətinin Evenki rayonunda fəaliyyət
göstərən Kerbo meteoroloji stansiyası son sutka ərzində planetin ən
soyuq nöqtəsi kimi qeydə alınıb.

Trend xəbər verir ki, bu
barədə Rusiya Hidrometeorologiya Mərkəzi açıqlama yayıb.

Bildirilir ki, stansiyada havanın temperaturu rekord səviyyəyə
enərək mənfi 48,5 dərəcə təşkil edib.




Gündəlik minimum temperatur göstəriciləri üzrə dünya siyahısında
ikinci və üçüncü yerlər də Rusiyanın yaşayış məntəqələrinə məxsus
olub.

Belə ki, Yakutiyanın Lenski rayonunda yerləşən Komaka
meteoroloji stansiyasında temperatur mənfi 47,9 dərəcəyədək düşüb,
Olenyok rayonunun Şelaqontsı kəndində isə mənfi 47,3 dərəcə şaxta
müşahidə edilib.