
Bakı. Trend:
Oman Sultanlığında səfərdə olan Azərbaycan Respublikasının
mədəniyyət naziri Adil Kərimli yanvarın 31-də paytaxt Maskatda
fəaliyyət göstərən Kral Opera Teatrının baş direktoru və bədii
rəhbəri Umberto Fanni ilə görüşüb.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Azərbaycanda peşəkar teatr və opera sənəti
haqqında məlumat verib, bu sahədə zəngin ənənələrin yarandığını
qeyd edib.
Görüşdə Maskat Kral Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı, habelə digər teatr və konsert müəssisələri
arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının Oman Kral Opera Teatrında səhnələşdirilməsi
ilə bağlı fikir mübadiləsi aparılıb.


