İstanbulda mikroavtobus TIR-la toqquşub, 13 nəfər yaralanıb

Baş səhifə
İstanbulda mikroavtobus TIR-la toqquşub, 13 nəfər yaralanıb

İstanbulun Pendik rayonunda mikroavtobus hərəkətdə olmayan TIR-a çırpılıb.

“Report” bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Hadisə nəticəsində 13 nəfər yaralanıb. Onlar ilkin müdaxilələrdən sonra təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.

“İki nəfərin vəziyyəti ağırdır” , – məlumatda bildirilir.