
Bakı. Trend:
Yanvarın 31-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı
ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə
ilin ilk rəsmi imtahanı keçirilib.
Trend xəbər verir ki,
imtahanda 505 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı,
narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat
təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo
texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası
üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq
səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də
gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.


