
Bakı. Trend:
Misli Premyer Liqasında XXIII turun növbəti oyunları
keçirilib.
Trend xəbər verir ki, əvvəlcə “Kəpəz” və “Şamaxı” komandaları üz-üzə gəlib. Görüş qonaqların 2:0
hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci görüşündə “Sabah” səfərdə “Zirə” ilə qarşılaşıb. Bu
matçda da qonaqlar sevinən tərəf olublar – 3:1.
Bu nəticədən sonra xallarını 43-ə çatdıran “Sabah” liderliyini
möhkəmləndirib.
“Zirə” isə 29 xalla 5-ci pillədə qalıb.


