Bakı. Trend:
İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas
şəhərində bir yaşayış binasında baş verən partlayış nəticəsində 1
nəfər ölüb, 14 nəfər xəsarət alıb.
Trend-in
məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin fövqəladə hallar
idarəsinin baş direktoru Mehrdad Həsənzadə yerli mediaya
açıqlamasında deyib.
Onun sözlərinə görə, partlayış nəticəsində yaşayış binasının 2
və 3-cü mərtəbələrinə, ətraf binalara ciddi şəkildə ziyan
dəyib.
Həsənzadə hadisə yerinə dərhal yardım və xilasetmə
əməkdaşlarının cəlb olunduğunu və yaralıların tibb mərkəzlərinə
aparıldığını bildirib.
İranlı rəsmi deyib ki, hadisənin baş vermə səbəbləri
araşdırılır.

