Əraqçi: ABŞ İrana yeni hücumların olmayacağına zəmanət verməlidir

Baş səhifə
Əraqçi: ABŞ İrana yeni hücumların olmayacağına zəmanət verməlidir

Tehran və Vaşinqton danışıqlar apara bilərlər, lakin bunun üçün ABŞ öz üzərinə İrana bir daha hücum etməmək öhdəliyi götürməlidir.

“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “CNN Turk” kanalına müsahibəsində bildirib.

“ABŞ, həqiqətən, ciddi diplomatiya aparmaq istəyirsə, onda onlar inamsızlığı aradan qaldırmalı, yanaşmanı dəyişməli, yeni hücumların və təhdidlərin olmayacağına zəmanət verməlidirlər. İran hələ də qarşılıqlı etimada əsaslanan dürüst və balanslaşdırılmış danışıqlara hazırdır”, – o qeyd edib.