
Bakı. Trend:
Bəzi bölgələrdə fevralın 1 və 2-də gözlənilən küləkli hava
şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Trend xəbər verir ki, bu
barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə,
Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir,
Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı,
Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli,
Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi
əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


