Premyer Liqanın XVIII turunda “Kəpəz” “Şamaxı”ya məğlub olub

Baş səhifə
Premyer Liqanın XVIII turunda Kəpəz Şamaxıya məğlub olub

Misli Premyer Liqasının XVIII turunda “Kəpəz” “Şamaxı”ya məğlub olub.

“Report” xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər.

“Şamaxı”nın heyətində Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) fərqləniblər.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci sıraya yüksəliblər. “Kəpəz” isə 12 xalla 11-ci pillədə yer alıb.

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq.