Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanılıb

Baş səhifə
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanılıb

Sumqayıtda soyğunçuluq hadisəsi qeydə alınıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə sosial şəbəkələrdə elan yerləşdirib.

Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.