KDR-in şərqində mədənin çökməsi nəticəsində ölənlərin sayı 227-yə çatdı

Baş səhifə

Bakı. Trend:

Konqo Demokratik Respublikasının (KDR) şərqində mədənin çökməsi
nəticəsində azı 227 nəfər həlak olub.

Trend xəbər verir
ki, bu barədə Reuters agentliyi məlumat yayıb.




Məlumata görə, hadisə yanvarın 28-də baş verib və ölənlərin
dəqiq sayı hələlik müəyyən edilməyib. Çökmə Rubaya şəhəri
yaxınlığında yerləşən kolumbit-tantalit (koltan) hasil edilən
mədəndə qeydə alınıb. Sözügedən mineral dünya bazarında yüksək
tələbatla seçilir və elektrikli nəqliyyat vasitələri, eləcə də
mobil telefonlar üçün batareyaların istehsalında geniş istifadə
olunur.

Qeyd edək ki, Konqo Demokratik Respublikası kolumbit-tantalit
istehsalında dünya lideridir və hər il təxminən 2000 ton bu
mineralı hasil edir. KDR-də istehsal olunan koltanın təxminən
yarısı Şimali Kivu əyalətinin Rubaya bölgəsində yerləşən mədənlərin
payına düşür.