
Bakı. Trend:
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək
“Qarabağ” və “Nyukasl” (İngiltərə) komandalarının oyunlarının
keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.
Trend xəbər verir
ki, “köhlən atlar” ilk matçını fevralın 18-də Bakıda, Tofiq
Bəhramov adına Respublika stadionunda keçirəcək. Qarşılaşma saat
21:45-də başlayacaq.
Komandalar arasında cavab görüşü fevralın 24-də İngiltərədə baş
tutacaq. Həmin oyun Bakı vaxtı ilə saat 00:00-da start
götürəcək.


