
ABŞ İrana Venesuelaya göndərdiyindən daha böyük qüvvə göndərir.
“Report” xəbər verir ki, bunu Ağ Evdə keçirilən tədbir zamanı ABŞ lideri Donald Tramp bildirib.
“İrana tərəf böyük bir armada, flotiliya – necə istəyirsiniz adlandırın – irəliləyir; bu hətta Venesuela sahillərində olan qüvvəmizdən də böyükdür”, – deyə o bildirdi.
Bununla yanaşı, Tramp Vaşinqtonun Tehran ilə sazişə nail olacağına ümid etdiyini qeyd edib.
“Əgər biz sazişə nail olmasaq, nə baş verəcəyinə baxarıq”, – Ağ Ev rəhbəri əlavə edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


