Ermənistanda II Qareqinin qardaşının həbs müddəti uzadılıb

Baş səhifə
Ermənistanda II Qareqinin qardaşının həbs müddəti uzadılıb

Ermənistanda məhkəmə bütün ermənilərin katolikosu II Qareqinin qardaşı Gevork Nersisyanın həbs müddətini iki ay uzadıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Xatırladaq ki, Gevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan Eçmiadzində seçkiqabağı kampaniyaya maneçilik törətməkdə ittiham olunurlar.