Birinci Aİ-Ermənistan sammiti mayda İrəvanda keçiriləcək

Baş səhifə
Birinci Aİ-Ermənistan sammiti mayda İrəvanda keçiriləcək

Birinci Avropa İttifaqı-Ermənistan sammiti bu ilin mayında İrəvanda keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi nazir Ararat Mirzoyanın Brüsseldə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosla danışıqların yekunları üzrə məlumat yayıb.

“Mayda İrəvanda keçiriləcək Aİ-Ermənistan sammitinin gündəliyi və həyata keçiriləcək yüksək səviyyəli səfərlər ətraflı müzakirə edilib. Tərəflər nəzərə çarpan nəticələrin təmin edilməsinə yönəlmiş təşəbbüslərin reallaşdırılmasına hazır olduqlarını vurğulayıblar”, – məlumatda pbildirilib.

Xəbər yenilənir