Sumqayıtda yaşayış binası yanır

Baş səhifə
Sumqayıtda yaşayış binası yanır

Sumqayıt şəhərində yaşayış binasında yanğın başlayıb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.

Yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.