Fransanın Baş naziri parlament səsverməsi olmadan büdcəni təsdiqləyib

Baş səhifə
Fransanın Baş naziri parlament səsverməsi olmadan büdcəni təsdiqləyib

Fransanın Baş naziri Sebastyan Lekornyu, 2026-cı il dövlət büdcəsinin parlamentdə səsvermədən təsdiqlənməsinə imkan verən Konstitusiyanın 49.3-cü maddəsini aktivləşdirib.

“Report” xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Bu, Lekornyunun dörd aya yaxın parlament müzakirələrindən sonra büdcənin sürətləndirilmiş qəbulu üçün bu tədbirdən istifadə etdiyi üçüncü və son dəfədir.

Sol hərəkat “Məğlub edilməmiş Fransa” və “Milli Birlik” partiyası buna cavab olaraq ayrı-ayrılıqda hökumətə etimadsızlıq votumu təşəbbüsünü irəli sürmək niyyətində olduqlarını bildiriblər.