
“Şəhid Vəkil Şükürovun həyat yoldaşıyam, Kərkicahandan çıxanda bu torpaqların müdafiəsi uğrunda həyat yoldaşımı itirmişəm”.
Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qayıdan Sevil Şükürova bildirib.
“Çox çətin günlər yaşadıq. Amma şükür edirəm ki, şəhidlərimizin qanı tökülən torpaqlara qayıtdım. Qisas qiyamətə qalmadı”. – Sevil Şükürova deyib.
O, öz növbəsində doğma yurda qayıdışı təmin edən ölkə rəhbərinə təşəkkürünü bildirib: “Başda Prezident İlham Əliyev olmaqla, zəhməti keçən hər bir kəsə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin”.


