Britaniya və Kanada Çinlə münasibətləri inkişaf etdirdikcə risk altındadır – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Böyük Britaniya və
Kanadanın Çinlə iş görmək niyyəti təhlükəlidir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərə
bildirib.




Jurnalistlərlə söhbət zamanı Amerika liderindən Böyük
Britaniyanın Baş naziri Keyr Starmerin Çinə səfəri ilə bağlı şərh
verməsi istənilib.

“Bu, onlar üçün çox təhlükəlidir. Kanada üçün Çinlə iş görmək
daha da təhlükəlidir. Kanadanın işləri çətindir, amma biz həll yolu
kimi Çinə baxa bilmərik. Mən Çini çox yaxşı tanıyıram, Sədr Si
Cinpini tanıyıram, o mənim dostumdur, amma bu, ciddi bir maneədir”,
– deyə o bildirib.