Bakı. Trend:
Argentina hökuməti meşə yanğınları səbəbindən La Pampa
vilayətində və Pataqoniyanın üç bölgəsində fövqəladə vəziyyət elan
edib.
Trend-in məlumatına görə, bu barədə Baş nazir Manuel Adorni “X”
sosial şəbəkəsində yazıb.
“Hazırda Çubut, Rio Neqro, Neuken və La Pampa əyalətlərində baş
verən yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edən fövqəladə
fərman imzalanır”, – deyə o bildirib.
Argentinanın cənubunda bir neçə həftədir ki, meşə yanğınları
davam edir. La Pampada 168.000 hektardan çox, Çubutda 45.000
hektar, Rio Neqroda 10.000 hektar və Neukendə 6.000 hektardan çox
ərazi yanğına məruz qalıb.

