ABŞ Senatı şatdaunun qarşısını alacaq qanun layihələrini rədd etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin yuxarı palatası prosedur səsverməsi zamanı bir
sıra dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı qanun
layihələrini rədd etdi.

Trend-in məlumatına görə, onların razılığı olmadan, 31 yanvar
gecə yarısında ABŞ-da federal hökumət qurumlarının qismən
bağlanması (şatdaun) başlayacaq.




Qırx beş senator qanun layihələrinin lehinə, 55-i isə əleyhinə
səs verib. Qarşı tərəfdəki Demokrat Partiyasının bütün
nümayəndələrindən əlavə, səkkiz respublikaçı qanun layihələrini
rədd etmək üçün səs verib.