Türkiyədə neft emalı zavodunda partlayış

Baş səhifə

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Tüpraş neft emalı zavodunda partlayış baş verib.

Modern.az bu barədə NTV-yə istinadən xəbər verir.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. NTV-nin məlumatına görə, benzin daşıyan maşın partlayıb.

Telekanal həmçinin qeyd edir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.