51 yaşlı Salyan sakini Rusiya-Ukrayna müharibəsində öldü

Baş səhifə

Salyan şəhər sakini 51 yaşlı İsmayıl Kamil oğlu Ələsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirib.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

“30 ildir ki, Rusyanın Sankt-Peterburq şəhərində yaşayan Salyan şəhərinin Babazanlı massivindən olan 51 yaşlı İsmayıl Kamil oğlu Ələsgərov Rusiya – Ukrayna müharibəsində həyatını itirib. Mərhumun qohumları adından onun qərib diyarda dəfni təşkil edilib” – məlumatda qeyd olunur.